Microsoft elan edib ki, 14 oktyabr 2025-ci ildən etibarən Windows 10 üçün rəsmi dəstək dayandırılacaq. Bu tarixdən sonra əməliyyat sisteminə heç bir sistem yenilənməsi, xüsusən də təhlükəsizlik yeniləmələri verilməyəcək.
Bu nə deməkdir?
Windows 10 istifadə etməyə davam edən şirkətlər:
-Təhlükəsizlik riskləri ilə qarşılaşacaq (viruslar və kibertəhdidlər daha asan təsir edəcək).
-Yeni proqram təminatları və cihazlarla uyğunluq problemləri yaşayacaq.
-Şirkət məlumatlarının itirilməsi və iş proseslərinin dayanması kimi risklərə məruz qala bilər.
Şirkətiniz nə etməlidir?
1.Windows 11-ə keçidi planlaşdırın
-Microsoft-un rəsmi saytında cihazınızın Windows 11 üçün uyğunluğunu yoxlayın.
-Əgər uyğun deyilsə, yeni hardware (kompüter və ya noutbuk) alınmasını düşünün.
2.MSP və ya IT tərəfdaşınızla işləyin
-Keçid planını birlikdə hazırlayın.
-Məlumatların təhlükəsiz şəkildə köçürülməsi və işlərin dayanmadan davam etməsi üçün mütəxəssislərlə addım-addım işləyin.
3.Riskləri vaxtında aradan qaldırın
-Köhnə əməliyyat sistemi ilə işləmək həm təhlükəsizlik, həm də məhsuldarlıq baxımından risklidir.
-Bir çox şirkətlər artıq Windows 11-ə keçidə başlayıb – bu, gələcək üçün vacib addımdır.
Biz necə kömək edirik?
Bizim IT komandamız:
-Şirkətinizin mövcud sistemlərinizi analiz edir,
-Uyğun keçid planı hazırlayır,
-Windows 11-ə təhlükəsiz və problemsiz keçidi təmin edir.
Windows 11-ə keçid sizə nə qazandıracaq?
✅ Daha güclü təhlükəsizlik – yeni nəsil müdafiə mexanizmləri ilə kibertəhdidlərdən qorunma.
✅ Yüksək performans və sürət – daha səmərəli resurs istifadəsi ilə iş proseslərinin sürətlənməsi.
✅ Müasir interfeys və rahatlıq – istifadəçilər üçün daha məhsuldar və intuitiv mühit.
✅ Uyğunluq və gələcək təminatı – yeni proqram və cihazlarla problemsiz işləmə.
✉️ Əlaqə saxlayın, biz sizin üçün audit aparaq və ən optimal həlli təqdim edək.
🔒 Unutmayın: vaxtında hazırlıq həm rəqəmsal təhlükəsizliyinizi qoruyur, həm də işinizin fasiləsiz davam etməsini təmin edir.