Image

local and public

🔍 IP ünvanı nədir və nə işə yarayır?

Hər bir cihaz – kompüter, telefon, printer və s. – şəbəkəyə qoşulmaq üçün bir IP ünvanına ehtiyac duyur. Bu ünvan cihazların şəbəkə daxilində və ya internetdə tanınmasını təmin edir.

Sanki hər cihazın öz “ev ünvanı” var və bu ünvanla məlumat göndərib qəbul edə bilir.

IP ünvanlar əsas iki yerə bölünür:

*Private (yəni daxili) IP ünvanlar

*Public (yəni xarici) IP ünvanlar

🏠 Private IP Ünvanı nədir?

Private IP, cihazların local şəbəkə daxilində bir-biri ilə əlaqə qurması üçün istifadə olunan ünvandır. Bu IP-lər internetə çıxmaq üçün deyil, şirkət, ofis və ya ev daxilindəki əlaqə üçündür.

Məsələn:

*Kompüter → Printerə qoşulur

*IP telefoniya → Şirkət daxilində digər telefonlara zəng edir 

*Kompüter → Fayl serverə qoşulur və.s

Bu IP-lər yalnız localda keçərlidir. Kənardan görünmür və internetə birbaşa çıxış edə bilmir. Bu private IP ünvanları, adətən router və ya şəbəkədəki DHCP server tərəfindən avtomatik olaraq təyin olunur.

🔧 DHCP nədir?
DHCP (Dynamic Host Configuration Protocol) – şəbəkəyə qoşulan cihazlara IP ünvan, subnet mask, gateway və DNS kimi məlumatları avtomatik təyin edən sistemdir. Bu, IP-lərin əl ilə verilməsinin qarşısını alır və idarəetməni asanlaşdırır.


Ən çox rast gəlinən private IP nümunələri:

*192.168.1.100

*10.0.0.5

*172.16.0.20

Bu IP aralıqları xüsusi olaraq local istifadəyə ayrılıb və internetdə istifadə olunmur.

🌐 Public IP Ünvanı nədir?

Public IP – sizin şəbəkənizin dünya ilə əlaqə nöqtəsidir. Siz Google, YouTube və ya hər hansı veb sayta daxil olduğunuzda, sizin public IP ünvanınız görünür.

Bu IP sizə internet provayderiniz (ISP) tərəfindən verilir.

ISP nədir?
Internet Service Provider – yəni sizə internet xidməti göstərən şirkətdir (məsələn: Aztelekom, Delta Telecom, Metronet və s.).

🔄 Private IP-dən internetə çıxış – necə baş verir?

Bir kompüter internetə çıxmaq istəyəndə bu proses belə gedir:

1. 💻 Kompüter (məsələn, 192.168.1.25) bir veb sayta – məsələn, www.google.com – daxil olmaq istəyir.
O, bu istəyini routerə göndərir, çünki özü birbaşa internetə çıxmaq imkanına malik deyil.

2. 📡 Router bu sorğunu qəbul edir və özündə qurulmuş NAT sistemi vasitəsilə bu private IP-ni public IP-yə çevirir.
Yəni internetə artıq routerin public IP-si ilə çıxış edilir (məsələn, 85.132.75.11).

3. 🌍 Sorğu internetdə www.google.com serverinə çatır. Server cavabı həmin public IP-yə – yəni sizin routerə göndərir.

4. 🔁 Router aldığı bu cavabı yenidən kompüterə yönləndirir – çünki o artıq bilir ki, bu sorğunu hansı private IP göndərmişdi.

Bu proses nə üçündür?

*🔐 Təhlükəsizlik – çöldən private şəbəkə görünmür

*💰 Qənaət – yüzlərlə cihaz üçün tək public IP kifayət edir

*🛠️ İdarəetmə – bütün axın router üzərindən izlənə bilir

Router və NAT bu keçidi ağıllı şəkildə idarə edir – həm sürətli, həm də təhlükəsiz şəkildə.


Router nədir?

Router, şirkət daxilindəki cihazları internetə bağlayan və məlumat axınını idarə edən əsas şəbəkə qurğusudur. O, məlumatların ən optimal marşrut üzrə, sürətli və effektiv şəkildə ötürülməsini təmin edir.


NAT nədir?

NAT (Network Address Translation) — local şəbəkədəki cihazların eyni public IP vasitəsilə internetə çıxmasını təmin edən texnologiyadır. O, private IP ünvanlarını public IP-yə çevirərək məlumat axınını düzgün şəkildə yönləndirir və IP ünvanların daha səmərəli istifadəsinə imkan yaradır.

 

🧱 Private və Public IP ünvanlarının fərqləri

1. Harada istifadə olunur?

*Private IP – Şirkət, ofis və ya ev kimi qapalı local şəbəkələrdə istifadə olunur.

*Public IP – İnternetə çıxış zamanı istifadə olunur və qlobal olaraq tanınır.

2. Kim tərəfindən verilir?

*Private IP – Adətən router və ya şəbəkədəki DHCP server tərəfindən avtomatik təyin olunur.

*Public IP – Sizin internet provayderiniz (ISP) tərəfindən təqdim olunur.


3. İnternetə çıxış imkanı necədir?

*Private IP – Birbaşa internetə çıxmaz; internetə çıxış NAT (Network Address Translation) vasitəsilə həyata keçirilir.

*Public IP – Birbaşa internetdə işləyir və görünəndir.


4. Ünvanların təkrarlanması mümkündürmü?

*Private IP – Eyni IP müxtəlif local şəbəkələrdə təkrar istifadə oluna bilər.

*Public IP – Qlobal miqyasda unikal olmalıdır, təkrar ola bilməz.


5. Təhlükəsizlik baxımından fərq

*Private IP – İnternetdən birbaşa görünmədiyi üçün daha təhlükəsiz sayılır.

*Public IP – İnternetdə açıqdır, bu səbəblə firewall və digər təhlükəsizlik tədbirləri vacibdir.

Bu fərqləri bilmək, şəbəkənin düzgün qurulması və idarə olunması baxımından vacibdir.

✅ Nəticə və İTSM tövsiyəsi

Şirkətdə internetin və şəbəkənin problemsiz işləməsi üçün IP ünvan sistemi çox önəmlidir. Private və public IP-lər arasındakı fərqi anlamaq təkcə texniki məsələ deyil, həm də təhlükəsizlik, düzgün əlaqə və resursların səmərəli istifadəsi deməkdir.

Əgər şirkətinizdə onlarla, yüzlərlə cihaz varsa, IP ünvanların planlı və sistemli şəkildə qurulmalıdır. Əks halda:

*Cihazlar bir-biri ilə düzgün əlaqə qura bilməz,

*İnternet çıxışınız zəifləyə bilər,

*Və ən əsası, təhlükəsizlik riskləri arta bilər.


Biz İTSM komandası olaraq bu prosesləri peşəkar şəkildə həyata keçiririk:

IP ünvanların düzgün planlanması, private və public IP keçidinin (NAT) qurulması, router və şəbəkə avadanlıqlarının effektiv idarə olunması — bütün bunlar bizim işimizdir.

Şəbəkənizin sabit, təhlükəsiz və gələcəyə hazır olması üçün bizimlə əlaqə saxlayın. İTSM olaraq, sizin üçün ən optimal şəbəkə həllərini təmin etməyə hazırıq!