Son illərdə kibertəhlükələr sürətlə artıb. Kiçik və orta bizneslər (KOB-lar) hakerlər üçün asan hədəfdir, çünki çoxunda IT resursları məhduddur və təhlükəsizlik tədbirləri adətən reaktivdir.
Kibertəhlükəsizlik yalnız texniki məsələ deyil – bu, biznesin davamlılığı, maliyyə sabitliyi və şirkət reputasiyası üçün kritikdir.
Niyə KOB-lar hakerlər üçün əsas hədəfdir?
🔹Limitli IT resursları – Çox KOB-da daxili IT komandası ya yoxdur, ya da kifayət qədər resurs və təcrübəyə malik deyil. Bu, sistemləri müdafiə etməyi çətinləşdirir.
🔹Avtomatlaşdırılmış hücumlar – Hücumlar artıq yalnız seçilmiş şirkətlərə deyil, zəif müdafiəsi olan sistemlərə qarşı da yönəldilir. Avtomatik proqramlar zəif nöqtələri tapır və dərhal hücum edir.
🔹Məlumatların yüksək dəyəri – Müştəri məlumatları, maliyyə sənədləri və giriş hesabları hakerlər üçün çox qiymətlidir. Bu məlumatlar satıla və ya fidyə proqramlarında istifadə oluna bilər.
🔹İnsan faktoru – İşçilərin fişinq, sosial mühəndislik və zəif parol praktikalarına hazırlıqsız olması riski artırır.
KOB-lar üçün əsas kibertəhlükəsizlik tədbirləri
1. Çoxqatlı təhlükəsizlik və firewall
Sadə antivirus kifayət etmir. Müasir müdafiə üçün vacib komponentlər:
🔹Endpoint Protection Platform (EPP) – Şirkət daxilindəki bütün cihazları (kompüter, server, telefon) virus, malware və digər zərərli proqramlardan qoruyan sistem. Yalnız antivirus deyil, həm də şübhəli fəaliyyətləri bloklayır.
🔹Next-Generation Firewall (NGFW) – Şəbəkəyə giriş-çıxışı idarə edir, tətbiqləri və istifadəçiləri tanıyır, zərərli trafiki bloklayır. Yəni adi firewall-dan fərqli olaraq, məlumatları daha dərin səviyyədə analiz edir.
🔹Intrusion Detection & Prevention Systems (IDS/IPS) – Şübhəli fəaliyyətləri aşkar edir (IDS) və lazım gəldikdə avtomatik olaraq bloklayır (IPS). Məsələn, kimsə şəbəkəyə icazəsiz daxil olmağa çalışdıqda dərhal xəbərdarlıq və müdaxilə edir.
🔹Bulud əsaslı threat intelligence – İnternetdə yeni kibertəhlükələr barədə real vaxt məlumatı toplayan xidmət. Bu məlumatlarla sisteminizi daha etibarlı saxlaya bilərsiniz.
2. İşçilərin fişinq hücumlarına qarşı hazırlığı
Kiberinsidentlərin çoxu insan səhvlərindən qaynaqlanır. Tövsiyələr:
🔹Mütəmadi təhlükəsizlik təlimləri
🔹Fişinq simulyasiyaları – Saxta e-poçtlarla işçiləri hazırlamaq və onların reaksiya göstərmə qabiliyyətini artırmaq
🔹Şübhəli e-poçtların bildirilməsi üçün prosedur
Hazırlıqlı işçi personal sistemin ən güclü müdafiə xəttidir.
3. Ehtiyat nüsxələr (Backup)
Yalnız backup saxlamaq kifayət deyil, sistemin düzgün qurulması vacibdir:
🔹Avtomatlaşdırılmış nüsxələmə
🔹Şifrələnmiş backup – məlumatların icazəsiz açılmasını və oğurlanmasını əngəlləyir
🔹Off-site və ya bulud saxlama – məlumatı başqa fiziki yerdə saxlayır, beləliklə yerli insidentlərdən qoruyur
🔹Mütəmadi bərpa testləri – backup-ların işlək olduğunu yoxlamaq
Bu, ransomware hücumunda biznesi xilas edə bilər.
4. Sistem yeniləmələri
Köhnəlmiş proqram və sistemlər hakerlər üçün açıq qapıdır. Tövsiyələr:
🔹Əməliyyat sistemi (OS) yeniləmələri
🔹Proqram və server patch-ləri (səhvləri düzəldən yeniləmələr)
🔹Avadanlıq firmware yeniləmələri (kompüter, server və router-ların daxili proqram təminatı)
Avtomatlaşdırılmış patch management sistemi riskləri azaldır.
5. Parol və giriş idarəetməsi
Zəif parollar ən geniş yayılmış boşluqdur. Tövsiyələr:
🔹Güclü, mürəkkəb parollar
🔹Multi-Factor Authentication (MFA) – Hesaba giriş üçün əlavə təsdiq tələb olunur (məsələn, SMS kodu)
🔹Parol menecerlərindən istifadə
🔹Hər əməkdaş yalnız işinə aid məlumatlara giriş əldə etməlidir
6. Kibertəhlükə halları üçün plan (Incident Response Plan)
İnsident baş verəndə panika əvəzinə hazır prosedur olmalıdır:
🔹Rollar və məsuliyyətlərin müəyyən edilməsi
🔹Daxili və xarici kommunikasiya planı
🔹Sistemlərin izolasiya addımları (haker daxil olan sistemi kəsib digər sistemləri qorumaq)
🔹Bərpa planları
🔹Post-insident təhlili (nə baş verdi, necə qarşısını almaq olar)
Planın illik və ya rüblük test edilməsi vacibdir.
7. 24/7 şəbəkə monitorinqi
KOB-lar üçün MSP xidmətləri ilə daimi monitorinq ən effektiv qoruma üsuludur:
🔹Şübhəli fəaliyyət dərhal aşkarlanır
🔹Hücumlar ilkin mərhələdə bloklanır
🔹İnsidentlərin biznesə təsiri minimuma endirilir
MSP (Managed Service Provider) – IT və təhlükəsizlik xidmətlərini uzaqdan idarə edən peşəkar şirkət.
MSP: KOB-lar üçün optimal təhlükəsizlik və IT həlli
MSP KOB-lara:
🔹Peşəkar 24/7 təhlükəsizlik dəstəyi
🔹Proaktiv monitorinq və risklərin erkən aşkarlanması
🔹Standartlaşdırılmış, audita hazır proseslər
🔹Xərclərə qənaət və büdcənin effektiv idarəsi
🔹Davamlı təhlükəsizlik
Bu yanaşma KOB-ların IT yükünü azaldır və kibertəhlükəsizliyi gücləndirir.
Nəticə
Müasir kibertəhlükələr nə qədər çoxalsada, düzgün yanaşma ilə biznesi yüksək səviyyədə qorumaq və riskləri idarə olunan səviyyəyə endirmək mümkündür:
🔹Çoxqatlı müdafiə (EPP, NGFW, IDS/IPS, threat intelligence)
🔹İşçi təlimi və fişinq simulyasiyaları
🔹Backup və sistem yeniləmələri
🔹24/7 monitorinq
Komandamızın proaktiv müdafiə yanaşması, 24/7 təhlükəsizlik monitorinqi və davamlı dəstəyi biznesinizi sürətlə dəyişən kibertəhdidlərdən maksimum səviyyədə qorumağa imkan verir.