Kibertəhlükəsizlik: IT Sistemlərində Risklərin İdarə Edilməsi
Məlumatların və sistemlərin təhlükəsizliyi, müasir iş mühitində əvvəlki dövrlərlə müqayisədə daha vacibdir. Kibercinayətkarlıq, hazırda qeydə alınan cinayətlərin 50%-dən çoxunu təşkil edir və bu, kiçik və orta müəssisələr üçün xüsusilə narahatlıq doğurur. Araşdırmalar göstərir ki, 2017-ci ildə hədəfə alınmış şirkətlərin 61%-i 1000 nəfərdən az işçisi olan müəssisələrdir. Bu, kibertəhlükələrin yalnız iri bizneslərə aid olmadığını aydın şəkildə nümayiş etdirir. Məlumatların qorunması yalnız hüquqi tələblərə riayət etməklə kifayətlənmir; eyni zamanda, müştəri etibarını qorumaq və biznes davamlılığını təmin etmək baxımından da mühüm əhəmiyyət kəsb edir.
ITSM ilə Kibertəhlükəsizlik: Proaktiv Yanaşma və Həllər
ITSM-in mütəxəssis komandası, işinizin təhlükəsizliyini təmin etmək məqsədilə sistemlərinizi ətraflı qiymətləndirəcək, kibertəhlükələri dərindən analiz edəcəkdir. Biz, müştərilərimizin sistemlərindəki təhlükəsizlik risklərini müəyyən edərək, müvafiq həlləri tətbiq edirik. Hər bir müştərinin unikal ehtiyaclarına uyğun, proaktiv yanaşma ilə zəif nöqtələri aradan qaldıraraq kibertəhlükəsizlik protokollarını gücləndiririk.
Eyni zamanda, işçilərinizin kibertəhlükəsizlik sahəsində biliklərini artırmaq üçün maarifləndirici təlimlər keçiririk. Bu yanaşma, potensial riskləri daha erkən aşkar etməyə və müvafiq tədbirləri vaxtında görməyə imkan tanıyır. ITSM, müştərilərinin sistemlərinin təhlükəsizliyini artırmaq üçün spesifik təhlükəsizlik həlləri təqdim edir, sistemlərinizi mütəmadi olaraq qiymətləndirir və hər bir müştəri üçün özünəməxsus müdafiə mexanizmləri inkişaf etdirir.
Kibertəhlükəsizlik sahəsindəki geniş təcrübəmiz sayəsində, riskləri minimuma endirmək üçün mütəmadi olaraq effektiv və məqsədyönlü strategiyalar tətbiq edirik. Biz, müştərilərimizin ehtiyaclarına uyğun innovativ və etibarlı həllər təqdim edərək, onların iş proseslərini daha da effektiv hala gətiririk. Məqsədimiz, məlumatlarınızı və sistemlərinizi ən yüksək səviyyədə qorumaqdır.
ITSM, müştərilərinin kibertəhlükəsizlik məsələlərində lider bir tərəfdaşdır. Biz, müştərilərimizə kibertəhlükəsizlik sahəsindəki ən son tendensiyaları izləməklə yanaşı, onlara məlumat verərək daha düzgün qərarlar qəbul etmələrinə kömək edirik. Eyni zamanda, işçilərinizi kibertəhlükəsizlik məsələlərində maarifləndirmək məqsədilə xüsusi təlim proqramları hazırlayırıq.
Yenilənmiş idarəetmə
Yenilənmiş idarəetmə
Tətbiqlərin ən son dəstəklənən versiyalarını istifadə etdiyimizə və bütün lazımi düzəlişləri tətbiq etdiyimizə əmin oluruq. Proqramların güncəlliyini qorumaq, təhlükəsizlik və performans problemlərinin qarşısını almaq üçün mütəmadi olaraq yeniləmələr aparırıq.
Təhlükəsizlik Müdafiəsi
Təhlükəsizlik Müdafiəsi
Biz, şəbəkənizin təhlükəsizliyini təmin etmək məqsədilə sistemlərimizi müasir şifrə siyasətləri, giriş nəzarəti, e-poçt təhlükəsizliyi, antivirus proqramları və firewall sistemləri ilə təmin edərək, hərtərəfli müdafiə yanaşması tətbiq edirik.