Image
IT Support Services

Operativ və Təhlükəsiz İş Mühiti Üçün Peşəkar İT Məsləhətləri

ITSM, müştərilərimizin sistemlərini ətraflı analiz etdikdən sonra geniş spektrdə İT məsləhətləri təqdim edərək, onların fəaliyyətlərini daha səmərəli, təhlükəsiz və davamlı şəkildə idarə etmələrinə kömək edir. Biz, müştərilərimizin spesifik ehtiyaclarına uyğun fərdi yanaşmalar tətbiq edərək, onların iş proseslərini optimallaşdırmağı və müasir texnologiyalardan maksimum dərəcədə yararlanmağı təmin edirik. Mütəxəssis komandamızın təqdim etdiyi əsas sahələri aşağıda təqdim edirik:

 

IT Dəstək Sistemi:

Bizim helpdesk xidmətimiz, müştərilərimizə İT problemlərinin tez və səmərəli şəkildə həll olunmasına kömək edir. İT xidmətlərimiz, iş prosesinizin fasiləsiz davam etməsini təmin edərək, işçilərinizin məhsuldarlığını artırır. Problemləri ofisdən və ya yaxın məsafədən yerinə yetirərək, mütəxəssislərimiz hər zaman sizə dəstək olmaq üçün yanınızdadır. Ayrıca, son versiya Windows əməliyyat sistemləri və proqram təminatı ilə işimizdə müasir yanaşmaları tətbiq edirik.

 

Şəbəkə Sistemi:

Şəbəkə sisteminin sağlamlığı və təhlükəsizliyi işinizin dayanıqlılığı üçün vacibdir. ITSM, Cisco və digər tanınmış markalardan istifadə edərək şəbəkə topologiyalarınızı təhlil edir və müvafiq təhlükəsizlik protokollarını tətbiq etməklə şəbəkənizin səmərəliliyini artırır. İnfrastrukturunuzu gücləndirərək, kiber hücumlara qarşı mübarizə aparmağa kömək edirik.

 

VoIP/IP Telefoniya Sistemi:

Müasir iş mühitində effektiv kommunikasiya üçün telefon sistemləri əhəmiyyət kəsb edir. Biz, Polycom, Grandstream, Fanvil kimi müxtəlif telefon sistemlərini təqdim edərək, şirkətinizin ehtiyaclarına uyğun həllər təklif edirik. Həmçinin, çağrı mərkəzləri və müştəri xidməti üçün optimallaşdırılmış həllər təqdim edərək müştəri məmnuniyyətini artırmağa kömək edirik.

 

Bulud Sistemi:

Bulud sistemlərində Microsoft Azure-da istifadə edərək, iş proseslərinizin optimallaşdırılmasında əhəmiyyətli rol oynayırıq. Windows Server ilə inteqrasiya edilmiş Active Directory, terminal server və digər müxtəlif xidmətlər, müştərilərimizin iş proseslərini optimallaşdıraraq daha effektiv və dayanıqlı bir mühit təmin edir.

 

Kibertəhlükəsizlik Sistemi:

Məlumatlarınızın qorunması üçün kiber təhlükəsizlik sistemlərinin implementasiyası önəmlidir. ITSM, Fortinet və digər qabaqcıl texnologiyalardan istifadə edərək müştərilərinin sistemlərini analiz etdikdən sonra mümkün riskləri müəyyən edir və onlara qarşı müvafiq mühafizə tədbirləri təqdim edir. Müştəri məlumatlarını qorumaq üçün ən son trendləri izləyərək, təhlükəsizliyinizin artırılmasını təmin edirik.

 

ITSM olaraq, şirkətlərin müasir İT mühitində daha da güclənmələri üçün hər sahədə dərin bilik və təcrübə təqdim edirik. Müştəri məmnuniyyətini artırmaq məqsədilə, spesifik ehtiyaclarınıza uyğun fərdi yanaşmalarımızla sizə dəstək olmağa hazırıq. Bizimlə əlaqə saxlayın və İT sahəsində mütəxəssis dəstəyi ilə işinizi daha da irəlilədin!

divider