Effektiv. Münasib. Sərfəli. Hər yerdə.
Məlumatların buludda saxlanılması sənədlərinizi dünyanın istənilən yerindən və istənilən cihazdan asanlıqla əldə etməyə imkan verən bir xidmətdir.
Fayllarınızın ehtiyat nüsxəsini çıxarmaq üçün bulud yaddaşından da istifadə edə bilərsiniz, lakin diqqətli olmalısınız, çünki fayllarınız kompüterinizdən silindikdə, bir çox xidmətlərdə sinxronizasiya nəticəsində buluddan da fayllarınız silinir.
Bulud, qabaqcıl təhlükəsizlik tədbirləri ilə birlikdə misilsiz bir rahatlıq səviyyəsi təklif edərək, biznes üçün yeni imkanlar açır.
Məlumatlarınızı buludda saxlamağın bir çox faydası var. Fayllarınızı internetə çıxışı olan hər hansı bir telefondan, planşetdən və ya kompüterdən görə bilərsiniz və telefonunuz itirilsə və ya kompüteriniz sıradan çıxsa da, bulud fayllarınızın ehtiyat nüsxəsini çıxara bilərsiz. Bulud hesabından istifadə etmək asandır, lakin hansı xidmətin sizə uyğun olduğuna əmin olmaq zaman, müvafiq bilik və təcrübə tələb edir.
Biz yalnız ən böyük və ən yaxşı təchizatçılarla əməkdaşlıq edirik, ona görə də tövsiyə etdiyimiz hər bir həll günün istənilən vaxtı maksimum performans və təhlükəsizlik təmin edir.
Əlçatanlıq
Əlçatanlıq
İstənilən nöqtədən bulud sisteminə kompüter, planşet və ya telefondan məsafəli giriş edərək resurslarınızı idarə edin.
Vaxta qənaət
Vaxta qənaət
SharePoint və Office 365 İş proseslərinin avtomatlaşdırılması və daha səmərəli məlumat mübadiləsi özəlliyi ilə vaxtınıza qənaet edir.